Rusiya Lvova zərbə endirib: Ölənlər və yaralananlar var
İyulun 6-na keçən gecə Rusiyanın Lvova endirdiyi zərbə nəticəsində raket parçaları yaşayış binasına düşüb, iki mərtəbədəki mənzillər dağılıb. Dörd nəfərin öldüyü məlumdur. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, 7 nəfər xilas edilib, daha 64 nəfər isə təxliyə edilib.
Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə nazirliyinin yaydığı məlumatda deyilir.
Dövlət Fövqəladə Hallar Xidmətinin rəhbəri Sergey Kruk Lvova zərbələr barədə danışarkən vurğulayıb ki, Polşa ilə sərhədə yaxın yerləşən bu şəhər müharibə zamanı minlərlə ukraynalıya sığınacaq verib.
Ukrayna prezidenti Vladimir Zelenski Telegram-da Lvovdakı dağıntıların görüntülərini yerləşdirib və həlak olanların ailələrinə başsağlığı verib.
“Düşmənə mütləq cavab veriləcək”,-deyə o əlavə edib.
Şəhər meri Andrey Sadovyi hücumu "Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bəri ən böyük hücum" adlandırıb.
Sadovyi bildirib ki, 50-dən çox mənzil dağılıb, xilasedicilər dağıntıları təmizləməyə davam edir: "Çox güman ki, həlak olanların və yaralıların sayı artacaq".
Əziz Mustafa, Oxumeni.az




























.jpg)






















































