Ağ Evdə kokain tapılıb- Qalmaqal böyüyür
Ağ Evin kitabxanasında ağ toz halında maddə tapılıb və analizlər nəticəsində onun kokain olduğu məlum olub. İndi ABŞ Məxfi Xidməti onun binaya necə girdiyini araşdırır.
Oxuməni.az xəbər verir ki, bu barədə The Guardian-ın yaydığı məlumatda deyilir.
Bu tapıntı barədə Təhlükəli Materiallar Qrupunun yanğınsöndürəninin baş verən hadisə haqqında danışmasından sonra xəbər tutulub. Daha sonra Məxfi Xidmətin nümayəndəsi Entoni Quqlielmi bildirib ki, bundan sonra gücləndirilmiş həyəcan siqnalı elan edilib, işçilər müvəqqəti olaraq malikanədən təxliyə edilib.
Quqlielmi vurğulayıb ki, artıq maddənin Ağ Evə daxil olmasının “səbəbləri və vasitələri” ilə bağlı araşdırma aparılır. Nəşr qeyd edir ki, bu zaman ABŞ prezidenti Co Bayden Kemp Deviddə idi. ABŞ prezidenti və birinci xanım Cil Bayden çərşənbə axşamı, iyulun 4-ü səhər oradan qayıdıblar.
“The New York Post” isə qeyd edib ki, ABŞ prezidenti Hanter Baydenin oğlu kokain aşkar edilməsindən az əvvəl orada olub.
Əziz Salam


































.jpg)
















































