Rusiya terrorizmin sponsoru kimi tanınıb

Rusiya terrorizmin sponsoru kimi tanınıb

5 İyul 2023 09:28
Bəyəndim (0) Bəyənmədim (0)

ATƏT Parlament Assambleyası (PA) Rusiyanı terrorizmin himayədarı, “Vaqner” PMC-ni isə terror təşkilatı kimi tanıyıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukraynanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Ali Radada “Xalqın qulluqçusu” fraksiyasının sədr müavini Yevgeniya Kravçuk “Facebook” səhifəsində yazıb.

"Bu gün biz ATƏT Parlament Assambleyasının Vankuverdə keçirilən sessiyasında, xüsusən də terrorizmin beynəlxalq sülh və təhlükəsizliyə ən böyük təhdidlərdən biri olduğunu bildirən yekun bəyannamənin qəbulu ilə işi başa çatdırdıq", - deyə o bəyan edib.

Onun sözlərinə görə, sənəddə deyilir ki, "Vaqner" PMC-nin Rusiya hökuməti adından hərəkətləri haqlı olaraq terrorçuluq kimi səciyyələndirilə bilər. ATƏT-ə üzv dövlətlər PMC Wagner və onun filiallarına qarşı tədbirlər görməli, o cümlədən onları terror təşkilatı elan etməlidir.

Əziz Salamoğlu