Mossad Türkiyədə əcnəbilərə nəzarət edir?

Mossad Türkiyədə əcnəbilərə nəzarət edir?

3 İyul 2023 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail kəşfiyyatı “Mossad” Türkiyədə yaşayan əcnəbilərə nəzarət edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyənin “A Haber” telekanalının yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı Mossad agentlərinin respublikada yaşayan əcnəbilər haqqında kəşfiyyat məlumatı əldə etmək üçün uzaqdan onlayn marşrutlaşdırma üsullarından istifadə etdiyini müəyyən edib. Onlar GPS cihazları vasitəsilə nəqliyyat vasitələrinin hərəkətini izləyib, qadcetlərini Wi-Fi şəbəkələrinə qoşmaqla əcnəbilərin getdikləri yerləri müəyyənləşdirib və Türkiyədə yaşadıqları yerləri müəyyənləşdiriblər.

Kanal qeyd edir ki, bu, Türkiyədə xarici vətəndaşlar arasında ictimai etiraza səbəb ola bilər.

Əziz Salamoğlu