Aleksiy Danilov : "Rusiya parçalanacaq və dünya buna hazırlaşmalıdır"

Aleksiy Danilov : "Rusiya parçalanacaq və dünya buna hazırlaşmalıdır"

3 İyul 2023 09:47
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb Rusiyanın indiki formada mövcud olacağı illüziyası ilə vidalaşmalıdır.

Oxuməni.az xəbər verir ki, bu sözləri Almaniyanın Bild nəşrinə müsahibəsində Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksiy Danilov deyib.

"Rusiya parçalanacaq və dünya buna hazırlaşmalıdır", - deyə Danilov bildirib.

Onun sözlərinə görə, Qərb Rusiyanın indiki formada qalacağı illüziyasından əl çəkməlidir: "Kreml belə böyük əraziyə nəzarət edə bilməz, onun imkanı yoxdur. Qərb anlamalıdır ki, Rusiya parçalanıb və onu bir yerdə saxlaya biləcək heç bir qüvvə mıvcud deyil".

Danilovun sözlərinə görə, Vaqner muzdlularının üsyanı zamanı Ukrayna Rusiya bölgələrində onlarla necə davranıldığını təhlil edib. “Bizim Priqojin üsyanı zamanı bölgələrin necə reaksiya verdiyinə dair təhlilimiz var. Bu təhlillərə əsaslanaraq deyə bilərik ki, Rusiya dağılandan sonra necə görünəcək... Tatarıstan ayrı, Dağıstan Rusiya ilə heç bir əlaqəsi olmayan ayrıca ölkə olacaq”, - deyə o bəyan edib.

Əziz Salamoğlu