Vətəndaş cəmiyyətinin gücləndirilməsi üçün 1 milyon dollar ayıracaq
ABŞ Dövlət Departamenti maliyyəni Şərqi Avropa vətəndaş cəmiyyəti təşkilatlarına dəstək üçün yönəldəcək. Əsas məqsəd bu strukturlara Rusiya tərəfindən yayıldığı iddia edilən “dezinformasiyanı” aşkara çıxarmaq və ondan “demokratik cəmiyyətlərdə sabitliyi pozmaq” üçün istifadə edənlərə qarşı mübarizədə kömək etməkdir. ABŞ Dövlət Departamentinin Qlobal Münaqişə Mərkəzi “Kremli ifşa edən və ona işarə edən dezinformasiyaya qarşı mübarizə üzrə regional səyləri dəstəkləmək” üçün qrant ayırmağı planlaşdırır.
Şərqi Avropa vətəndaş cəmiyyəti təşkilatlarının Kreml tərəfindən yayılan dezinformasiyaları aşkar etmək və cavab vermək qabiliyyətini (o cümlədən, ictimaiyyətə açıqlanmış analitik materiallar vasitəsilə) artırmaq məqsədilə dəstəkləmək səylərinə görə 1 milyon dəyərində əməkdaşlıq müqaviləsi veriləcək. Eyni zamanda, Amerika departamenti Rusiyanın mövqeyini bölüşən və demokratik cəmiyyətlərdə sabitliyi pozmaq üçün guya “dezinformasiya”dan istifadə edən təşkilatlara diqqət yetirəcək.
Qeyd edildiyi kimi, layihə Ukrayna, Belarus və Avrasiya ölkələrində həyata keçiriləcək.
Bundan əlavə, proqram çərçivəsində amerikalı mütəxəssislər yerli auditoriyanın “zəifliyini” müəyyən etmək və “Rusiya dezinformasiyası”na qarşı effektiv taktika və alətlər müəyyən etmək niyyətindədirlər.
Proqramın icrasının iki ildən çox vaxt aparmayacağı gözlənilir. Maliyyələşdirmənin ümumi məbləği 1 milyon dollar təşkil edəcək.
Beynəlxalq Humanitar və Siyasi Araşdırmalar İnstitutunun eksperti Vladimir Bruter RT-yə müsahibəsində qeyd edib ki, bu cür qrantlar Vaşinqtonun regionda öz təsirini nəzarətdə saxlamaq və artırmaq istəyindən xəbər verir.
“Əslində, siyasət və sosial layihələrlə əlaqəli insanlar üçün maliyyə mənbəyi tapmaq həmişə çətindir və Dövlət Departamenti məhz bunu təklif edir. Əlbətdə ki, sədaqət və ABŞ-ın ehtiyac duyduğu hərəkətlər müqabilində. İndi vəziyyət daha gərgindir, ona görə də amerikalılar açıq-aydın daha çox pul ayırmağa, həmçinin öz strukturlarına daha çox insanı, xüsusən də bu cür əlaqələr və müqavilələr axtaran gəncləri cəlb etməyə hazırdırlar”, - deyə Bruter bildirib.
Bundan əvvəl bildirilmişdi ki, ABŞ-ın Kiyevdəki səfirliyi yerli və beynəlxalq auditoriyaya hərbi hadisələr haqqında “təsdiqlənmiş” məlumat vermək üçün Ukrayna mediasını maliyyələşdirməyi planlaşdırır.
Murad Şahməmməd


































.jpg)
















































