Qərbyönlü Mirzoyan ilk səfərini Rusiyaya etdi: Nökər ağasına sədaqətini göstərir

Qərbyönlü Mirzoyan ilk səfərini Rusiyaya etdi: Nökər ağasına sədaqətini göstərir

31 Avqust 2021 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda yeni qurulan hökumətin üzvlərinin ilk səfərlərini Rusiyaya etməsi artıq adət halını alıb. Bu səfərlər işgüzar səfər adlansa da, realda tam fərqli bir şeydir. Biz bunu bir növ erməni rəsmilərin Kreml qarşısında sədaqət testi və ya andiçməsi kimi də qəbul edə bilərik.

Oxuməni.az-ın verdiyi xəbərə görə. bunu politoloq Tofiq Zülfüqarov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Rusiyaya işgüzar səfərini şərh edərkən axar.az-a açıqlamasında deyib.

Politoloq Ararat Mirzoyan qərbyönümlü olduğunu deyib:

“Bunu Rusiya da yaxşı bilir və deyərdim ki, Kreml bu təyinatdan narazıdır. Rusiya qərbyönümlü erməni naziri yoxlamaq istəyir. Yəni Moskva Mirzoyanın düşüncələrini bilməyə, onun rəhbərliyində Ermənistan xarici siyasətinin necə formalaşacağını müəyyən etməyə çalışır.

Bu gün Rusiya siyasətçiləri də yaxşı başa düşür ki, Ermənistan bəzi şeyləri artıq anlayır. Rəsmi İrəvan bilir ki, Kreml onun işğalçılıq siyasətinə dəstək verməyəcək. Bu baxımdan Ermənistan üzünü Qərbə çevirib, başda Fransa olmaqla, yeni “müttəfiqlər” axtarmalıdır. Görünür, Ararat Mirzoyan da belə düşünən şəxslərdəndir. Biz bunu onun Rusiyaya işgüzar səfərindən sonra daha çox hiss edəcəyik”.