Kabildə 3-cü partlayış: 60 ölü, 150 yaralı

Kabildə 3-cü partlayış: 60 ölü, 150 yaralı

26 Avqust 2021 22:51
Bəyəndim (0) Bəyənmədim (0)

Kabil beynəlxalq hava limanında kamikadze özünü partladıb.

Oxuməni.az xəbər verir ki, bu barədə yerli jurnalistlər məlumat yayıb.

Partlayışdan sonra koalisiya qüvvələrinin iştirakı ilə atışmanın baş verdiyi deyilir.

***

Kabil aeroportu yaxınlığında ikinci partlayış baş verib.

Partlayış nəticəsində ən azı 13 nəfərin öldüyü, 70 nəfərin yaralandığı bildirilib. Onların arasında uşaqlar da var.

***

Taliban nümayəndəsi Məhəmməd Naim partlayışda İŞİD-in əlinin olmasını istisna etməyib.

O bildirib ki, partlayışı kimin törətməsi ilə bağlı detallı məlumata sahib deyillər.

***

Kabil aeroportunda üçüncü partlayış baş verib.

Terror aktları nəticəsində ən azı 60 nəfər ölüb, 150-i yaralanıb.

KİV-in məlumatına görə, partlayışlar nəticəsində 10 amerikalı hərbçi də həlak olub.