Məqsəd balans yaratmaq deyil, Azərbaycan qarşısında revanş götürməkdir - Riyakarlıq...
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan respublikanın ən qısa müddətdə ordunu modernləşdirəcəyi barədə məlumat verib.
O bildirib ki, 44 günlük müharibə bitən kimi və bu gün də Rusiya Ermənistana silah verməsini davam etdirir.
“Keçən ilin noyabrından etibarən biz Rusiyadan öz arsenalımızı yeniləmək və müasirləşdirmək üçün xeyli silah almışıq. Bu proses fasiləsiz olub” - Qriqoryan İctiami televiziyaya müsahibəsində bildirib.
P.S. Göründüyü kimi, Rusiya davamlı olaraq Ermənistan ordusunu müasir silahlarla təmin etməklə məşğuldur. Məqsəd balans yaratmaq deyil, Azərbaycan qarşısında revanş götürməkdir. Sərhəddə və Qarabağda təxribatların intensiv xarakter alması perspektivdə genişmiqyaslı müharibəyə çevrilə bilər. Rusiyanın bu zaman baş rolda olması şübhə doğurmur.





























.jpg)
.jpg)
.jpg)


















































