"Taliban" Əfqanıstanla birlikdə bütün dünyanın ehtiyac duyduğu 1 trilyon dollarlıq mədəni də ələ keçirib - VİDEO

"Taliban" Əfqanıstanla birlikdə bütün dünyanın ehtiyac duyduğu 1 trilyon dollarlıq mədəni də ələ keçirib - VİDEO

19 Avqust 2021 15:42
Bəyəndim (5) Bəyənmədim (0)

“Taliban” dünyanın çox ehtiyac duyduğu 1 trilyon dollarlıq mineral “üzərində oturur”.

Oxuməni.az xəbər verir ki, CNN-in bu başlıqla oxucularına təqdim etdiyi xəbər gündəm olub.

20 il sonra paytaxt Kabili ələ keçirən "Taliban"ın Əfqanıstanda yeni dövrü başlayıb.

Hökumət qüvvələrini məğlub edən və cəmi 10 gün müddətində paytaxtı ələ keçirən "Taliban", təkcə Əfqanıstan ərazisinə sahib olmadı. Eyni zamanda torpaqların altında 1 trilyon dollar dəyərindəki mineralların da sahibi oldu.

Əfqanıstan dünyanın ən kasıb ölkələrindən biri kimi göstərilir. Ancaq ABŞ hərbi rəsmiləri və geoloqları, ölkənin təxminən 1 trilyon dollar dəyərində faydalı qazıntı yataqlarının olduğunu bildirdilər. Bu isə ciddi bir göstəricidir.

DÜNYANIN ƏN BÖYÜK LİTYUM YATAQLARI BURADADIR

2010 -cu ildə edilən bu kəşfə görə, dəmir, mis və qızıl kimi mineral ehtiyatlar bütün ölkəyə yayılmışdı. Eyni araşdırmaya görə, Əfqanıstan nadir torpaq minerallarına da sahibdir və ən əsası, dünyanın ən böyük litium yataqlarından biri də burada yerləşir.

Sözügedən maddənin batareyalarda istifadə edildiyini xatırladan "CNN International" bunu iqlim böhranı ilə mübarizədə həyati əhəmiyyətli, eyni zamanda nadir bir maddə olaraq xarakterizə edir. Ölkələr karbon emissiyalarını azaltmaq üçün elektrikli avtomobillərə və digər təmiz texnologiyalara keçmək istədikcə, neodim kimi nadir elementlərə, həmçinin litium və kobalt kimi metallara tələbat artır.

Beynəlxalq Enerji Agentliyi, qlobal litium, mis, nikel, kobalt və nadir torpaq elementlərinin tədarükünün sürətlə artmasının lazım olduğuna diqqət çəkir, əks halda dünya iqlim böhranı ilə mübarizədə uğursuz olacaq.

Əfqanıstan Mərkəzi Bankının iyun ayında açıqladığı son maliyyə hesabatına görə, ümumi aktivləri 10 milyard dollardır ki, bunun da 1.3 milyard dolları qızıl ehtiyatları, 362 milyon dolları valyuta pul ehtiyatlarıdır. 1,3 milyard dollarlıq qızıl ehtiyatları Nyu-York Federal Ehtiyat Bankında saxlanılır.

Əfqanıstan Mərkəzi Bankının sədri Əhmədinin sosial media hesabında verdiyi məlumata görə, Əfqanıstan Mərkəzi Bankının 10 milyard dollarlıq ehtiyatının 3,1 milyard dollarını ABŞ xəzinə istiqrazları təşkil edir

Elm adamı və təhlükəsizlik mütəxəssisi Rod Schoonover sözü gedən məsələ haqqında bunları deyib: "Əfqanıstan şübhəsiz ki, qiymətli metallar baxımından ən zəngin bölgələrdən biridir. Təhlükəsizlik problemləri, infrastrukturun olmaması və şiddətli quraqlıq, keçmişdə ən qiymətli mineralların çıxarılmasını əngəlləyib. Çox güman ki, “Taliban”ın nəzarətində olan zaman da bu əngəl aradan qalxmayacaq. Yenə də xaosa baxmayaraq, bu ölkəyə sərmayə qoya biləcək Çin, Pakistan və Hindistan kimi ölkələrin olduğunu düşünürəm''.