Ukrayna əks-kəşfiyyatçıları Rusiya casusunu həbs etdi
Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əks-kəşfiyyatçıları Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin müvəqqəti olaraq Ukraynada yaşayan bir casusunu tutub. Təcavüzkar ölkənin agentinin kəşfiyyat məlumatları toplamaq üçün Birləşmiş Qüvvələrin əməliyyat bölgəsinə vaxtaşırı səfər etdiyi bildirilir.
Oxuməni.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" saytı məlumat yayıb. UTX -nin saytında bildirilir, casus bu fəaliyyəti müqabilində pul mükafatı alırmış. "Rus kuratorları Birləşmiş Qüvvələrin yeni növ silahları və hərbi texnikası, yerləşdikləri ərazi, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin şəxsi heyəti və başqa bu kimi şeylər haqqında məlumat toplamaqda maraqı olublar. Casus iş başında - hərbi məlumatı Rusiya xüsusi xidmət orqanlarına elektron rabitə kanalları vasitəsilə ötürərkən yaxalanıb”, - deyə məlumatda bildirilir.
Saxlanılan şəxsə Ukrayna Cinayət Məcəlləsinin 258-3-cü maddəsinin 1-ci hissəsi (terror təşkilatının fəaliyyətində iştirak) ilə bağlı şübhə barədə məlumat verilib. Məhkəmənin qərarı ilə o, nəzarətə götürülüb. Cinayət Məcəlləsinin 114-cü maddəsinin (casusluq) 1-ci hissəsi ilə şübhənin elan edilməsi məsələsinə baxılır. Saxlanılan şəxsin adı və yaşı açıqlanmır.



























.jpg)























































