Rusiyada turist helikopteri qəzaya uğrayıb, 10 nəfər ölüb, yaralılar var
Rusiyanın Kamçatka diyarında Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində ilkin məlumata görə, 10 nəfər həlak olub.
Oxuməni.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbə bildirib. Hadisə zamanı helikopterdə 16 nəfərin olduğunu açıqlayıb. Qeyd edilir ki, onlardan 13-ü sərnişin, 3-ü heyət üzvləridir.
Qeyd edilir ki, hadisə zamanı helikopterdə olan 7 nəfər sağ qalıb.
Məlumata görə, heyət üzvləri dumanlı hava şəraitində helikopteri endirmək istəyiblər. Lakin helikopter “Yelizovo” hava limanından 200 kilometr məsafədəki Kurilsk gölə düşüb.
TASS agentliyi isə qəza zamanı 8 nəfərin həlak olduğunu yazıb. Helikopter göldə batıb. Hadisə yerinə xilasetmə qüvvələri göndərilib.
Digər xəbərlər


































.jpg)
















































