Artıq beşinci ölkə "Eurovision-2013" Mahnı Müsabiqəsindən imtina etdi

Artıq beşinci ölkə "Eurovision-2013" Mahnı Müsabiqəsindən imtina etdi

15 Dekabr 2012 08:00
Bəyəndim (0) Bəyənmədim (0)
Türkiyə haqsızlıqdan gileyləndi

Türkiyə Radio Televiziyası (TRT) Baş İdarəsi "Eurovision" mahnı müsabiqəsində iştirak etməyəcək. Dünən TRT televiziyası bu yarışmaya qatılmayacaqları haqda bəyanat verib. Bəyanatda deyilir ki, EBU (Avropa Yayım Birliyi) üzv dövlətlər arasında ayrı-seçkilik edir: "Almaniya, Fransa, İngiltərə və İtaliya son illərdə uğur əldə etməsələr də, yarımfinala qatılmadan finalda yarışırlar. Biz bunu haqsızlıq sayırıq. Bu mahnı yarışmasına 1975-ci ildən qatılırıq. Bu günə kimi 34 yarışmada yer almışıq. 1976, 1977, 1979 və 1994-cü illərdə müxtəlif səbəblərdən yarışda iştirak edə bilməmişik".
Onu da əlavə edək ki, iqdisadi böhranla əlaqədar Avropanın 4 ölkəsi gələn il İsveçdə keçiriləcək "Eurovision" mahnı yarışmasında iştirak etməyəcək.

O.M.