13 yaşlı məktəbli nənəsinin qardaşından hamilə qaldı

13 yaşlı məktəbli nənəsinin qardaşından hamilə qaldı

15 Dekabr 2011 00:19
Bəyəndim (0) Bəyənmədim (0)
Nənə günahkarın cəzalandırılmasını tələb edir

Rusiyada dəhşətli bir kriminal hadisəsi baş verib. Rusiya mətbuatının məlumatına görə, Moskva ətrafı Lıtkarin qəsəbəsində 13 yaşlı Q.Dinara adlı məktəbli babası tərəfindən dəfələrlə cinsi təcavüzə məruz qalıb. Daha dəqiq desək, zorlayan şəxs qızın doğma nənəsinin qardaşı olub. 54 yaşlı azğın babanın bıçaqla hədə-qorxu gəlməsindən sonra Dinara 12 yaşında ikən ilk dəfə onunla cinsi əlaqəyə girməyə razılıq verib və nəticədə 1 il sonra ondan hamilə qalıb. Məlumatda bildirilir ki, 14 dekabr günü Dinara nənəsi ilə birlikdə polis bölməsində olub və şübhəli şəxslərlə, həmçinin şahidlərlə üzləşdirilib. Məktəblinin nənəsi Lyubov Nikolayevna bildirir ki, günahkar, yəni onun doğma qardaşı cəzasını almayınca o, nəvəsinin hüquqlarını müdafiə etməkdə davam edəcək. Zərərçəkmişlərin ifadələrində azğın babanın məktəblini hədə-qorxu altında saxlaması barədə məlumatlar yer alır. Belə ki, Sergey baba bacısının nəvəsi ilə cinsi əlaqəyə girməklə yanaşı onu başqalarına qısqanırdı da. Məktəblinin telefonuna sevgi məktubları yazır, onu məktəbdə izləyirdi.

Nənə Lyubov Nikolayevna Dinaranın abort olunmasının tərəfdarı olsa da, bunda israrlı deyil. O, həkimlərin son rəyini gözləyir. Əgər hamiləlik dövrü müəyyən fizioloji mərhələni keçibsə, uşaq ana bətnində saxlanılacaq.

Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə İstintaq İdarəsinin mətbuat katibi İrina Qumennaya bildirir ki, cinayət faktı ilə bağlı R.F. Cinayət Məcəlləsinin azyaşlını zorlama maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

Ehtiras yataqda yaranıb yataqda ölən ötəri bir hiss olsa da, insanları öldürə bilir...

Sərvər Aslanov

O.M.