Qız öz evlərindən 12000 manat və 4000 manatlıq qızıl oğurlayıb

Qız öz evlərindən 12000 manat və 4000 manatlıq qızıl oğurlayıb

16 İyun 2017 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bu il aprel ayının 15-dən iyunun 14-dək olan müddətdə Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən naməlum şəraitdə 12.000 manat pul və 4.000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

DİN saytının verdiyi məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin qızı saxlanılıb və izahatı alındıqdan sonra buraxılıb.

Mediainfo.az