Həştərxanda iki polis zabitini güllələyib öldürənin kimliyi məlum oldu
Rusiyanın Həştərxan vilayətində iki polis əməkdaşını öldürməkdə təqsirli bilinən 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Aznews.az xəbər verir ki, hadisəni 1990-cı il təvəllüdlü Həştərxanda doğulmuş Nurbol Saspanov törədib. Ona həmyaşıdı Alibek Gizatov, 1992-ci il təvəllüdlü Zakir Tacikov, 1996-cı il təvəllüdlü Ramazan Kukulayev, 1979-cu il təvəllüdlü Kadırbəy Maymaşev, 1990-cı il təvəllüdlü İlyas Maqamedov, 1986-cı il təvəllüdlü Əhməd Maqamedov kömək edib.
Cinayətkarın qaçmağa müvəffəq olduğu "Qazel" avtomobili artıq tapılıb. Avtomobilin qapısından "05" (Dağıstan) dövlət nömrə nişanı aşkar olunub.
Mediainfo.az
Digər xəbərlər