Prokuror Almaniya vətəndaşının evindən oğurluq edən qadına 8 illik həbs cəzası istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xanım Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
apa-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, X. Məmmədova 8 illik həbs cəzası istəyib.
Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış üçün vaxt istəyib.
Proses aprelin 6-da davam etdiriləcək.
Qeyd edək ki, ötən ilin sentyabrında Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Almaniya vətəndaşı Axel Güntel Gülbeztin evindən 6000 avro pul oğurlamaqda şübhəli biliən Gürcüstan vətəndaşı Xanım Məmmədova tutulub.
Mediainfo.az
Digər xəbərlər










































.jpg)




















































