Arvadının sifətinə “kislota” atdıran şəxsə cəza istənilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının qətlini sifariş verən Tural Hüseynov və cinayətin icraçısı Vüqar Kərimovun məhkəmə prosesi keçirilib.
Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə prokuror çıxış edib. O, təqsirləndirilən şəxslərin hər birinin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses aprelin 4-də davam edəcək.
İttihama görə, Nuranə Hüseynova adlı qadın üzərinə kimyəvi turşu atılması nəticəsində kor olub. Keçirilən əməliyyatla cinayəti 1981-ci il təvəllüdlü Vüqar Kərimovun törətdiyi müəyyənləşib. Ona bu sifarişi qadının keçmiş əri, 1987-ci il təvəllüdlü Tural Hüseynov verib. O da, məlum olub ki, Tural sifarişin yerinə yetirilməsi üçün Vüqara pul vəd etsə də, vədini yerinə yetirməyib.
Tural Hüseynov və Vüqar Kərimov Cinayət Məcəlləsinin 126.2.3-(xüsusi amansızlıqla və əzab verərk sağlamlığa bilərəkdən xəsarət yetirmək) maddəsi ilə ittiham edilir.
Mediainfo.az

































































-1.jpg)
-1.jpg)
-1.jpg)


























