Ağbirçək qarını öldürənin məhkəməsi başlayıb

Ağbirçək qarını öldürənin məhkəməsi başlayıb

13 Mart 2017 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən İlham Aslanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prokuror cinayət işində olan sənədlərə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Hazırlıq iclası aprelin 3-də davam etdiriləcək.

Qeyd edək ki, ötən ilin iyununda Quba şəhərində qətl hadisəsi baş verib. İyunun 27-də Amsar kənd sakini İlham Aslanov Quba RPŞ-yə şübhəli şəxs qismində gətirilib. O, izahatında cari il mart ayının 21-də qarət məqsədi ilə şəhər sakini, 84 yaşlı Gülpəri Musayevanın evinə girdiyi, onu iplə boğaraq öldürüb oradan 103 manat pul apardığını bildirib.

Mediainfo.az