Gənc qız dostu ilə ev yardı
21 yaşlı Musayeva Cəmilə Nəbi qızı və ondan iki yaş böyük Cavadov Etibar Eynal oğlu oğurluq etdikləri üçün saxlanılıblar.
ARB TV xəbər verir ki, onlar Xaçmaz şəhər Şıxəli Qurbanov küçəsində yaşayan Əsli Mərdanovanın evini soyublar.
Cəmilə və Etibar həmin evdən 15 ədəd stəkan, çaydan, ətçəkən maşın və iki ədəd xalça oğurlayıblar.
Cinayət əməli törədən gənclər Xaçmaz və Nəsimi rayon polis əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat nəticəsində Bakı şəhərində saxlanılıblar.
Bu şəxslərin digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.
Mediainfo.az
Digər xəbərlər














































.jpg)
















































