Qadını şantaj edən şəxs tutulub

Qadını şantaj edən şəxs tutulub

27 Fevral 2017 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda qadını şantaj edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakini Ellada Zərbəliyevanı (ad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 500 manat pul almaqda şübhəli bilinən paytaxt sakini Elnur Əbilov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Mediainfo.az