Narkotik saxlayan iş adamına 1 illik həbs cəzası verilib

Narkotik saxlayan iş adamına 1 illik həbs cəzası verilib

15 Fevral 2017 17:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər məhkəməsində narkotik alveri və odlu silah saxlamaqda təqsirləndirilən iş adamı Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mirzə Xankişiyevin sədrlik prosesdə hökm oxunub.

Hökmə əsasən, N. Əliyev 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N. Əliyev Bakıxanov qəsəbəsində olan "Şəhriyar" şadlıq evinin sahibidir. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunur.

Mediainfo.az