Jurnalistin qızıllarını oğurlayıblar

Jurnalistin qızıllarını oğurlayıblar

9 Fevral 2017 11:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində tanınmış jurnalist Bahar Rüstəmlinin evi qarət olunub.

Hadisə Binəqədi rayonun Biləcəri qəsəbəsindəki yeni yaşayış massivindəki həyət evində baş verib. Fevralın 8-də saat 15:00 radələrində evə girən nəmalum şəxslər jurnalistə məxsus təxminən 1500-2000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilib. Araşdırma aparılır. (AzNews.az)

Mediainfo.az