Gürcüstanda “Bakı-Supsa” kəmərindən neft oğurlayanlar tutuldu
Gürcüstanda polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində oğurluqda təqsirləndirilən 5 nəfər şəxs saxlanılıb.
Virtualaz.org gürcü KİV-nə istinadən bildirir ki, əməliyyatı Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi tapşırıqlar departamenti və Şida Kartli polis departamentinin əməkdaşları keçiriblər. Məlumata görə, həmin şəxslər Gürcüstanın Qori rayonu ərazisində "Bakı-Supsa" magistral boru kəmərindən müntəzəm şəkildə satış məqsədilə neft oğurlayırmışlar.
Əməliyyatı həyata keçirən polislər oğurlanmış neftin bir hissəsini dəlil qismində müsadirə ediblər.
Hazırda faktla Gürcüstan polisi cinayət işi başlayıb və araşdırmalar davam etdirilir.
Mediainfo.az
Digər xəbərlər





























































































