Dələduzun məhkəməsi yekunlaşıb

Dələduzun məhkəməsi yekunlaşıb

21 Oktyabr 2016 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Eminovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Eminov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Eminov bir neçə vətəndaşın etimadından sui-istifadə edərək onlara dələduqluq etməkdə təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Mediainfo.az