Siyəzəndə ölümlə nəticələnən yol qəzası baş verdi

Siyəzəndə ölümlə nəticələnən yol qəzası baş verdi

3 Oktyabr 2016 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən axşam saatlarında Siyəzəndə ölümlə nəticələnən yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Quba magistral avtomobil yolunun 118-ci kilometrliyində, Siyəzən rayonu ərazisində "VAZ" və "AZSAMAND" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar. Yanğınsöndürən-xilasedicilər tərəfindən qəza nəticəsində "AZSAMAND" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1983-cü il təvəllüdlü Rəsulov Davud Sənan oğlunun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:48-də başa çatıb.

Mediainfo.az