Bakıda oğul anasını niyə döyə-döyə öldürdü? - QANDONDURN TƏFƏRRÜAT
Bakıda oğulun anasını öldürməsi hadisəsinin təfərrüatı məlum olub.
Hövsan qəsəbəsində yaşayan 86 yaşlı Lidiya Avşarova xeyli vaxtdır, yataq xəstəsi imiş. Gözlərinə qara su gələn ahıl qadının 10 ilə yaxındır ki, gözləri tutulub və ailə üzvləri onun qayğısına qalırmış.
Anasının tez-tez onu çağırıb saatı soruşmasından, yemək-su istəməsindən bezən 56 yaşlı İqor Avşarov aprelin 25-də evdə sərxoş vəziyyətdə yatarkən növbəti dəfə onu dünyaya gətirən qadının səsini eşidib. Anasının qayğısına qalmaqdan bezən oğul əsəbi halda ona tərəf şığıyıb və təpiklə qadının başına zərbələr endirib. Ağır xəsarətlər alan qadın hadisə yerindəcə keçinib. (lent)
Mediainfo.az
Digər xəbərlər
































































































