Sahibkar  atasının qəbri üstündə özünü güllələdi

Sahibkar atasının qəbri üstündə özünü güllələdi

30 Oktyabr 2015 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda sahibkar atasının qəbiri üstündə özünü güllələyib.

Məlumata görə, intihar hadisəsi Ağdaş rayonunun Güvə kəndində baş verib. Belə ki, kənd sakini 1965-ci il təvəllüdlü Mirələm Davud oğlu İsmayılov kənd qəbirsanlığında atasının məzarı üstündə özünü güllələyib. Təklüləli ov tüfəngi mərhumun özünə məxsus olub.

Qeyd edək ki, İ.Mirələmov iki uşaq atası olub. O, biyan kökü toplama biznezi ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılılır.

Mediainfo.az