
Rusiya vətəndaşı Bakı sakinini güllələdi
Daxili İşlər Nazirliyi (DİN) Bakıda törədilən silahlı insidentlə bağlı məlumat yayıb.
Nazirliyin saytının verdiyi məlumata görə, oktyabrın 20-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Rusiya Federasiyası vətəndaşı Vəli Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə qəsəbə sakini Sənan İsmayılova xəsarət yetirib. S.İsmayılov xəstəxanaya yerləşdirilib.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əhmədov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi "Vinçester" markalı tüfəng, 4 ədəd patron və 1 ədəd giliz götürülüb.
Mediainfo.az
Digər xəbərlər