Arvadını moteldə öldürən şəxsə hökm oxundu

Arvadını moteldə öldürən şəxsə hökm oxundu

14 Oktyabr 2015 16:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Zöhrab İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmənin hökmünə əsasən, Zöhrab İsmayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Zöhrab İsmayılov hadisə günü keçmiş həyat yoldaşı Vəfa Abdullayevanı "VAZ-2107" markalı avtomobilə əyləşən zaman görüb. Keçmiş arvadını və maşının sürücüsünü izləyən zaman isə Zöhrab İsmayılov onların motelə daxil olduğunun şahidi olub. Otağa daxil olan Zöhrab İsmayılov Vəfa Abdullayevanı bıçaqlayaraq öldürüb.

Mediainfo.az