Günel öz qohumunu bıçaqla qətlə yetirib
İdman müəlliməsinin qətl törətməsinin səbəbləri araşdırılır
Dünən Zaqatalada 48 yaşlı kişini qətlə yetirən şəxsin kimliyi məlum olub. Məlum olub ki, Qazıməhəmməd İbrahimovu onun qohumu, kənd sakini 1984-cü il təvəllüdlü Günel Ömər qızı İsgəndərova bıçaqla qətlə yetirib. Məlumatda bildirilir ki, qətl şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən Qazıməhəmməd İbrahimov bir-neçə il əvvəl həyat yoldaşından ayrılıb. Qətli törədən Günel İsgəndərova 3-cü Tala kənd orta məktəbində idman müəlliməsi işləyir. Hal-hazırda körpə uşağı olduğu üçün analıq məzuniyyətindədir.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər






















.jpg)








































































