Avtomobil oğruları ifşa olundu

Avtomobil oğruları ifşa olundu

27 Oktyabr 2014 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Siyəzən rayonu ərazisində avtomobil oğurluğu edən şəxslər həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, oktyabrın 26-da Bakı şəhər sakini Murad Vəliyev Siyəzən RPŞ-yə ərizə ilə müraciət edərək həmin gün saat 07 radələrində Sarvan kəndində "VAZ-2106" markalı avtomobilin qaçırılmasını bildirib.

Siyəzən və Şabran rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Elman Qədirov tutulub.

Bundan əlavə oktyabrın 26-da Yevlax şəhərindən şəhər sakini Vüqar Məmişova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb. Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün şəhər ərazisində tapılıb. Avtomobili qaçırmış şəhər sakini Orxan Nəbiyev isə Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Mediainfo.az