“Lotos”da satıcı qarət edildi

“Lotos”da satıcı qarət edildi

16 Oktyabr 2014 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nizami rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində oğurluq hadisəsi baş verib. Bu barədə Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, oğurluq hadisəsi "Lotos" ticarət mərkəzində qeydə alınıb. Naməlum şəxs ticarət mərkəzində satıcı işləyən Lerik rayon sakini Zinyət Məmmədovaya məxsus içərisində 120 manatı və kosmetik əşyaları olan çantanı aparıb.

24-cü polis bölməsi və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Lənkəran şəhər sakini Məhərrəməli Şərifov tutulub.

Mediainfo.az