Qax sakinlərindən külli miqdarda narkotik vasitə tapılıb

Qax sakinlərindən külli miqdarda narkotik vasitə tapılıb

19 Sentyabr 2014 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Qax RPŞ-nin əməkdaşları rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti axtarış-əməliyyat tədbiri keçirib.

Tədbir nəticəsində rayonun Əlibəyli kənd sakini, 1991-ci il təvəllüdlü Canaşvili Vaxtan Matayeviç şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə Vaxtan Canaşvilinin üzərində aparılan axtarış zamanı 3,7 qram narkotik maddə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Vaxtanq Canaşvilinin ətrafında aparılan əməliyyat tədbiri nəticəsində məlum olub ki, o, narkotik maddəni həmkəndlisi 1962-ci il təvəllüdlü, Aslanaşvili Martiko Mixayloviçdən alıb. Narkotik vasitəni satan Martiko Aslanaşvilinin yaşadığı evdə və evin həyətyanı sahəsində axtarış-əməliyyat tədbiri aparılıb.

Nəticədə həyətyanı sahədə tikilmiş yardımçı tikilidən ümumi çəkisi 450 qram olmaqla 3 ədəd polietilen torbada marixuana, əkin sahəsindən isə aqrotexniki qaydada qulluq edilmiş, ümumi çəkisi 1,3 kiloqram olan, 14 ədəd narkotik bitki hesab edilən çətənə kolları aşkar edilərək götürülüb. Martiko Aslanaşvili isə saxlanılaraq Polis Şöbəsinə aparılıb. Faktla bağlı Qax RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Mediainfo.az