Məhbus qadın təcridxanada intihar edib

Məhbus qadın təcridxanada intihar edib

25 Avqust 2014 14:02
Bəyəndim (0) Bəyənmədim (0)

Kürdəxanıdakı İstintaq Təcridxanasında saxlanılan və Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən 1960-cı il təvəllüdlü Atayeva Nailə Əziz qızı özünü asıb.
Hələ məhkəməsi davam edən N.Atayeva təcridxana kamerasının gəzinti otağında özünü dəmir barçaqlıqdan mələfə ilə asıb. Onun asılı vəziyyətdə qalmış meyitini nəzarətçilər aşkarlayıblar. Qeyd edək ki, N.Atayeva 2 ay əvvəl Nəsimi rayonu, A.Mustafayev küçəsində yaşadığı evdə Bakı şəhər sakini - 50 yaşlı Lalə Vəliyevanı qətlə yetirib. O, rəfiqəsini başını çəkiclə əzərək amansızlıqla öldürüb.

Mediainfo.az