Bakıda işlədiyi kafenin qarşısında vurulan şəxs bu gün vəfat etdi
Nərimanov RPİ-dən verilən məlumata görə, martın 1-də Nərimanov rayonunda yaşayan Mövlam Mövlamov baş nahiyəsindən aldığı xəsarətdən ölmüşdür. Nərimanov RPİ 17-ci PB-də aparılan araşdırmalar zamanı həmin gün M.Mövlamovun Xətai rayonu ərazisində, işlədiyi kafenin qarşısında, Cəlilabad rayon sakini, iş yoldaşı Adəm Əsədov tərəfindən münaqişə zəminində küt alətlə döyülməsi müəyyən edilmişdir. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Nərimanov RPİ tərəfindən aparılır.
O.M.
Digər xəbərlər









































.jpg)





















































