Azərbaycanda 23 dekabrın kriminal xronikası

Azərbaycanda 23 dekabrın kriminal xronikası

24 Dekabr 2012 12:43
Bəyəndim (0) Bəyənmədim (0)
Bazar günü ərzində 47 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınmış, onların da 18-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur.

Keçmiş arvadı Nərmin Rüstəmovanı bıçaqla qətlə yetirmiş Göygöl sakini Samir Rüstəmov könüllü olaraq təslim olmuşdur

23.12.2012

Dekabrın 23-də saat 20:15 radələrində Göygöl rayonu ərazisində yaşayan Samir Rüstəmov münaqişə zəminində rayon sakini, keçmiş arvadı Nərmin Rüstəmovanı bıçaqla qətlə yetirmişdir. S.Rüstəmov könüllü olaraq Göygöl RPŞ-nə gəlmişdir.

Goranboy rayonunun Hazırəhmədli kəndi ərazisində yol-nəqliyyat hadisəsi

23.12.2012

Dekabrın 23-də saat 20.30 radələrində Goranboy rayonunun Hazırəhmədli kəndi ərazisində, rayon sakini Qorxmaz Quliyev "Mercedes" markalı avtomaşını idarə edərkən yolu keçən kənd sakini 6 yaşlı Ruzi Hüseynovu vurmuşdur. Nəticədə xəsarət almış uşaq xəstəxanaya aparılarkən yolda ölmüşdür.

DİO əməkdaşları tərəfindən 1,025 kq marixuana aşkar edilərək götürülmüşdür

23.12.2012

Dekabrın 23-də Xətai rayonu ərazisində, "Range-Rover" markalı avtomaşın şübhə doğurduğundan nəzarət qaydasında saxlanılmışdır. Avtomaşına baxış zamanı 1 kiloqram 25 qram marixuana aşkar edilərək götürülmüşdür. Avtomaşının sürücüsü Bakı şəhər sakini Anar Tanrıverdiyev, sərnişinləri Qabil Kərimov, Ruslan Yaqubov, Anar Allahverdiyev və Ramil Əsgərov Xətai RPİ 37-ci PB əməkdaşları tərəfindən tutulmuşlar.

Quldurluq etmiş Taleh Ağayev saxlanılarkən polis əməkdaşlarına xəsarət yetirmişdir

23.12.2012

Dekabrın 23-də saat 20.15 radələrində Yevlax rayonu ərazisində, rayon sakini Bəxtiyar Səlimovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşına sərnişin qismində oturmuş naməlum şəxs bıçaqla ona daxilə nüfuz etməyən xəsarətlər yetirərək düşürüb, avtomaşında getmişdir. RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində avtomaşın saxlanılarkən, sürücüsü bıçaqla polis əməkdaşları Müslüm Məmmədovu və Anar Əliyevi hədələmiş və təpiklə onlara xəsarət yetirmişdir. Polis əməkdaşları sürücünün əlindən bıçağı aldıqdan sonra, onu RPŞ-nə gətirmişlər. Araşdırmalar zamanı onun rayon sakini sərxoş halda olan Taleh Ağayev olması müəyyən edilmişdir.

Nizami rayonunda yaşayan Təranə Əhmədova dəm qazından zəhərlənərək ölmüşdür

23.12.2012

Dekabrın 23-də Bakı şəhərinin Nizami rayonunda yaşayan Təranə Əhmədova evində dəm qazından zəhərlənərək ölmüşdür.

Yüksək səsyayıcı qabiliyyətinə malik partlayıcı oyuncaqlar götürülmüşdür

23.12.2012

Gəncə ŞBPİ, Sumqayıt ŞPİ və Salyan RPŞ əməkdaşları tərəfindən şəhər və rayon ərazilərində yüksək səsyayıcı qabiliyyətinə malik olan ümumilikdə 3810 ədəd partlayıcı oyuncaqlar götürülmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər

23.12.2012

Dekabrın 23-də Sumqayıt şəhər sakinləri Gülnarə Hüseynova, Sədi Allahverənov və arvadı Zülfiyyə, Fatimə Əsədova, Abşeron rayon sakini Uğurlu Şükürov, Kəpəz rayon sakinləri Rəhilə Mirzəliyeva, Günel Cəfərli və qızı Gülşən evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Lənkəran rayonunun Şirinsu kənd sakini Nural Quliyev kanala düşərək boğulmuşdur

23.12.2012

Dekabrın 23-də Lənkəran rayonunun Şirinsu kənd sakini 2 yaşlı Nural Quliyev kanala düşərək boğulmuşdur. N.Quliyevin meyiti kanaldan çıxarılmışdır.

Neftçala rayonu ərazisində Tehran Əhmədova Kür çayına düşərək boğulmuşdur

23.12.2012

Dekabrın 23-də Neftçala rayonu ərazisində Tehran Əhmədova Kür çayına düşərək boğulmuşdur.

O.M.