Azərbaycanda 22 dekabrın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınmış, onların da 23-ü "isti izlər"lə açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 24 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 15 nəfər tutulmuşdur.
Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi
22.12.2012
Dekabrın 22-də saat 18.00 radələrində Nərimanov rayonu ərazisində, Bakı şəhər sakini Seymur Abdullayev "Toyota" markalı avtomaşını idarə edərkən Gədəbəy rayon sakini Ağalar Söyünovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
22.12.2012
Dekabrın 22-də saat 18.45 radələrində Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Qəhrəman Mustafayev "VAZ-2107" markalı avtomaşını idarə edərkən yolu keçən Bahar Şahbazovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi
22.12.2012
Dekabrın 22-də saat 15.50 radələrində Səbail rayonu ərazisində, Bakı şəhər sakini Nəcməddin Babayevin və Şirvan rayon sakini Hikmət Şıxəliyevin idarə etdikləri "Daewoo" markalı avtobuslar toqquşmuşdur. Nəticədə H.Şixəliyevin xəsarət almış 13 nəfər sərnişini xəstəxanaya yerləşdirilmişlər. 2 sərnişinin vəziyyəti orta-ağır, digərlərinə isə tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Sumqayıt şəhər sakini Əli Əliyevə məxsus mağazada yanğın baş vermişdir
22.12.2012
Dekabrın 22-də saat 18.10 radələrində Sumqayıt şəhəri ərazisində, şəhər sakini Əli Əliyevə məxsus mağazada yanğın baş vermişdir. Nəticədə asma tavan yanmış, yanıq xəsarəti almış Ə.Əliyevə və satıcı Mahir Əzizova xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Məhəmməd Şıxəliyevə bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Habil Məmmədov tutulmuşdur
22.12.2012
Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 21-də Məhəmməd Şıxəliyevə bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Habil Məmmədov tutulmuşdur.
Yol-nəqliyyat hadisəsi törətmiş Bakı şəhər sakini Yolçu Səfərov tutulmuşdur
22.12.2012
Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 17-də Minayə Yunusovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "Mercedes" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Yolçu Səfərov tutulmuşdur.
1 rəst atı oğurlamış Sabirabad rayon Poladtoğay kənd sakini Elşad Abdullayev tutulmuşdur
22.12.2012
Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 21-də Nəriman Fərzəliyevə məxsus 1 rəst atı oğurlamış Poladtoğay kənd sakini Elşad Abdullayev tutulmuşdur.
Oğurluq etmiş Sabirabad rayon sakinləri Ceyhun Məmmədov, Anar Məlikov və Qardaşbala Əsgərov tutulmuşlar
22.12.2012
Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 21-də Dövlət Sosial İqtisad Kollecindən 6 ədəd kompüter oğurlamış rayon sakinləri Ceyhun Məmmədov, Anar Məlikov və Qardaşbala Əsgərov tutulmuşlar.
Ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik partlayıcı oyuncaqlar götürülmüşdür
22.12.2012
Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Nəsimi və Binəqədi rayonları ərazisindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 7310 ədəd partlayıcı oyuncaqlar götürülmüşdür.
Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər
22.12.2012
Dekabrın 22-də Sumqayıt şəhər sakinləri Kəmalə Bağırova, Gülsənəm Vəliyeva və Uğurlu Şükürov evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.
Sumqayıt şəhər sakini Bəxtiyar Sultanov dəm qazından boğulmuşdur
22.12.2012
Dekabrın 22-də Sumqayıt şəhər sakini Bəxtiyar Sultanov evində dəm qazından boğularaq ölmüşdür.
Qardaşı Əfqanı bıçaqla qətlə yetirmiş Masallı rayonunun Köhnə Alvadı kənd sakini Rasim Abıyev könüllü olaraq polisə təslim olmuşdur
22.12.2012
Dekabrın 22-də Masallı rayonunun Köhnə Alvadı kəndində, kənd sakini Rasim Abıyev münaqişə zəminində qardaşı Əfqanı bıçaqla qətlə yetirmişdir. R.Abıyev könüllü olaraq Masallı RPŞ-nə gəlmişdir.
Qazax rayonunda yaşayan Aygül Omarova dəm qazından zəhərlənərək ölmüşdür
22.12.2012
Dekabrın 22-də Qazax rayonunda yaşayan Aygül Omarova evində dəm qazından zəhərlənərək ölmüşdür.
O.M.









































.jpg)





















































