Əhmədov qardaşları naməlum şəxslər tərəfindən bışaqlanıblar
"Bakıxanov" ticarət mərkəzinin yaxınlığında 31 yaşlı Əhmədov Ümid Əli oğlu və onun 25 yaşlı qardaşı Turalın tanımadıqları şəxslərlə mübahisələri düşüb. Münaqişə zamanı qardaşlar bıçaqlanıblar. Hər ikisi 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Artıq bu işlə əlaqədar Sabunçu rayon polis idarəsinin istintaq şöbəsində araşdırmalara başlanılıb. Naməlumların tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
O.M.
Digər xəbərlər








































.jpg)






















































