Azərbaycanda 18 dekabrın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 37 cinayət faktı qeydə alınmış, onların da 22-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur.
Xızı rayonunun Yeni Yaşma qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
18.12.2012
Dekabrın 18-də saat 19.50 radələrində Xızı rayonunun Yeni Yaşma qəsəbəsi ərazisində, Sumqayıt şəhər sakini Sakit Mustafayev "Chevrolet" markalı avtomaşını idarə edərkən, yolu keçən qəsəbə sakinləri Arif Seyidov və Səmayə Abbasovanı vurmuşdur. Nəticədə hər iki piyada hadisə yerində ölmüşlər.
Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi
18.12.2012
Dekabrın 18-də saat 09.40 radələrində Abşeron rayonu ərazisində, Sumqayıt şəhər sakini Hamlet Rzayev "Hyundai" markalı avtobusu idarə edərkən yolu keçən 75-80 yaşlı qadını vurmuşdur. Nəticədə həmin qadın hadisə yerində ölmüşdür.
Qəbələ rayonunun Çarxana kəndi ərazisində yol-nəqliyyat hadisəsi
18.12.2012
Dekabrın 18-də saat 19.00 radələrində Qəbələ rayonunun Çarxana kəndi ərazisində, kənd sakini Turan Məmmədov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.
İsmayıllı rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
18.12.2012
Dekabrın 18-də saat 17.15 radələrində İsmayıllı rayonunun Təzəkənd kəndi ərazisində, Abşeron rayon sakini Namiq Cəbrayılov "AzSamand" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüşdür.
Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
18.12.2012
Dekabrın 18-də saat 12.20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomaşınla yolu keçən qəsəbə sakini 7 yaşlı Hüseyn Verdiyev vurulmuşdur. Nəticədə xəsarət almış uşağa xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi
18.12.2012
Dekabrın 18-də saat 18.30 radələrində Yasamal rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Şahlıq Mayılova vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nəsimi rayonu ərazisində yaşayan Oruc Hüseynovun mənzilində yanğın baş vermişdir
18.12.2012
Dekabrın 18-də saat 21.30 radələrində Nəsimi rayonu ərazisində yaşayan Oruc Hüseynovun mənzilində yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra O.Hüseynovun anası Ruqiyyənin yanmış meyiti tapılmışdır.
Avtomaşın qaçırmış Bakı şəhər sakini Dilavər Fərəcov tutulmuşdur
18.12.2012
Abşeron RPŞ və DİN-in Kriminalistik Təhqiqatlar İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqustun 29-da Rəhim Əmiraslanova məxsus "VAZ-2103" markalı avtomaşını qaçırmış Bakı şəhər sakini Dilavər Fərəcov tutulmuşdur.
Avtomaşın qaçırmış Savalan Sadıxov tutulmuşdur
18.12.2012
Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 16-da Hacı Orucova məxsus "Toyota" markalı avtomaşını qaçırmış Savalan Sadıxov tutulmuşdur.
Avtomaşınlardan oğurluq etmiş Bakı şəhər sakinləri Vüqar Babayev və Kamal Mirəliyev saxlanılmışlar
18.12.2012
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-nə keçən gecə Bakı şəhər sakini Elvin Məmmədova məxsus "VAZ-2107" markalı avtomaşından maqnitofon oğurlamış şəhər sakinləri Vüqar Babayev və Kamal Mirəliyev saxlanılmışlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların həmin gün şəhər sakini Vaqif Musayevə məxsus "VAZ-21043" markalı avtomaşından da maqnitofon oğurlamaları müəyyən edilmişdir.
19 baş qoyun oğurlamış Kəlbəcər rayon sakinləri Şahmar Qasımov və Vaqif Orucov tutulmuşlar
18.12.2012
Xocalı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyun ayının 24-də Goranboy rayonunun Rus Borisi kəndində yaşayan Kəlbəcər rayon sakini Umudvar Edilxanova məxsus 19 baş qoyunu oğurlamış həmyerliləri Şahmar Qasımov və Vaqif Orucov tutulmuşlar.
Axtarışda olan Elvin Cəfərov tutulmuşdur
18.12.2012
Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası CM-nin 29,120-ci maddəsi ilə axtarışda olan Elvin Cəfərov tutulmuşdur.
Suraxanı rayonu ərazisində yaşayanlar Bəhruz Daşdəmirov və Araz İsgəndərov dəm qazından zəhərlənərək ölmüşlər
18.12.2012
Dekabrın 18-də Suraxanı rayonu ərazisində yaşayanlar Bəhruz Daşdəmirov və Araz İsgəndərov evlərində dəm qazından zəhərlənərək ölmüşdür.
Ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqlar götürülmüşdür
18.12.2012
Sabunçu RPİ 13-cü PB və Şəmkir RPŞ əməkdaşları tərəfindən rayon ərazilərində ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan ümumilikdə 3988 ədəd partlayıcı oyuncaqlar götürülmüşdür.
Lənkəran rayonunun Şirinsu kənd sakini Səidə Şirinova zəhərlənmədən ölmüşdür
18.12.2012
Dekabrın 18-də Lənkəran rayonunun Şirinsu kənd sakini Səidə Şirinova evindən qidadan zəhərlənmə ilə (pomidor turşusundan) xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Ağdam rayon sakini Ərşad Abdullayev ölmüşdür
18.12.2012
Dekabrın 17-də saat 18.30 radələrində Tərtər rayonu ərazisində, Ağdam rayon sakini Ərşad Səfərov "Daewoo" markalı avtomaşını idarə edərkən, yolu keçən həmyerlisi Ərşad Abdullayevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 18-də orada ölmüşdür.
Dəm qazı və sirkə turşusundan zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər
18.12.2012
Dekabrın 18-də Sumqayıt şəhər sakinləri Pərvanə Heybətova və Fərrux Səfərov evlərindən dəm qazı və sirkə turşusundan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.
Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
18.12.2012
Dekabrın 18-də saat 00.10 radələrində Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində, kənd sakini Babək Həsənovun idarə etdiyi "TOFAŞ" və rayon sakini Malik Mahmudovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə B.Həsənov və M.Mahmudovun sərnişinlərindən Nizam Cavadov hadisə yerində ölmüş, M.Mahmudov və digər sərnişinləri isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.
Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi
18.12.2012
Dekabrın 18-də saat 01.00 radələrində Xətai rayonu ərazisində, Mais Əhmədovun idarə etdiyi "Mercedes" və Emin İbrahimovun idarə etdiyi "Hovo" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə M.Əhmədov hadisə yerində ölmüş, xəsarət almış sərnişini 25-30 yaşlı qadın isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.
O.M.













































.jpg)

















































