Azərbaycanda 10 dekabrın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 54 cinayət faktı qeydə alınmış, onların da 26-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.
Arvadı Mehriban Xudaverdiyevaya bıçaqla xəsarət yetirmiş Masallı rayon sakini Elçin Kazımov tutulmuşdur
10.12.2012
Dekabrın 10-da Masallı rayonu ərazisində, rayon sakini Elçin Kazımov münaqişə zəminində keçmiş arvadı Mehriban Xudaverdiyevaya bıçaqla xəsarət yetirmişdir. E.Kazımov Masallı RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.
Bakı şəhər sakini Sənan Qayıblı münaqişə zəminində Nemət Cəfərova bıçaqla xəsarət yetirmişdir
10.12.2012
Dekabrın 10-da Yasamal rayonu ərazisindəki "Eyforiya" çay evində, Bakı şəhər sakini Sənan Qayıblı münaqişə zəminində Nemət Cəfərova bıçaqla xəsarət yetirmişdir. S.Qayıblı Yasamal RPİ 28-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.
Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi
10.12.2012
Dekabrın 10-da saat 20.10 radələrində Abşeron rayonu ərazisində, Ağdam rayon sakini Bədəl Quliyev "Mercedes" markalı avtomaşını idarə edərkən, yolu keçən Şamaxı rayon sakini Niyaz Süleymanovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Oğurluğa cəhd göstərmiş Gədəbəy rayon sakini Araz Hüseynov saxlanılmışdır
10.12.2012
Baş Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 10-da Nəsimi rayonu ərazisindəki mağazaların birində oğurluğa cəhd göstərmiş Gədəbəy rayon sakini Araz Hüseynov saxlanılmışdır.
Axtarışda olan Təhmasib Əsədov tutulmuşdur
10.12.2012
Baş Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 10-da Səbail rayonu ərazisində, "Kakadu" gecə klubunda, Sumqayıt şəhər sakini Vüsalə Mürsəlovaya məxsus mobil telefonu açıq yolla talamış, Sumqayıt ŞPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) maddəsi ilə axtarışda olan Təhmasib Əsədov tutulmuşdur.
İçərisində pul və sənədlər olan çantanı oğurlamış Bakı şəhər sakini Seymur Talıbov tutulmuşdur
10.12.2012
Xəzər RPİ 1-ci PB Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə dekabrın 7-də Nigara Kərimovaya məxsus "KİA" markalı avtomaşından içərisində 100 dollar pul və sənədlər olan çantanı oğurlamış Bakı şəhər sakini Seymur Talıbov tutulmuşdur.
Avtomaşın qaçırmış Bakı şəhər sakini Tural Qasımov tutulmuşdur
10.12.2012
Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il noyabrın 9-da Qəzənfər Müzəffərova məxsus "VAZ-21011" markalı avtomaşını qaçırmış Bakı şəhər sakini Tural Qasımov tutulmuşdur.
"Göyçə" kafesində əxlaqsızlıq yuvası aşkar edilmişdir
10.12.2012
Şabran RPŞ əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində Qazbabalı kəndi ərazisindəki "Göyçə" kafesində, orada işləyən Azər Nağıyevin əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdir.
Oğurluq etmiş Bərdə şəhər sakini Vüqar Həsənov tutulmuşdur
10.12.2012
Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 7-də Azər Əsədovun evindən oğurluq etmiş Bərdə şəhər sakini Vüqar Həsənov tutulmuşdur.
"ANS" Müstəqil Yayım Şirkətinin bölgə müxbiri Günel İsayeva edilən təzyiqlə bağlı polis şöbəsinə müraciət etmişdir
10.12.2012
Dekabrın 10-da Göyçay rayonunda, "ANS" Müstəqil Yayım Şirkətinin bölgə müxbiri Günel İsayeva RPŞ-nə müraciət edərək, həmin gün rayon Kommunal Təsərrüfat İdarəsinin rəisi Loğman Əliyevin iş otağında olarkən, sonuncu tərəfindən özünün və operator Rəşad Rəşidovun təhqir edilməsini, kamerasının alınmasını və bu zaman kameraya qismən ziyan dəyməsini bildirmişdir.
Yevlax rayon sakini Rəşad Həsənov 1,315 kq marixuananı satarkən tutulmuşdur
10.12.2012
Zərdab RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini Rəşad Həsənov 1 kiloqram 315 qram marixuananı satarkən tutulmuşdur.
Pirallahı qəsəbə sakini Vladimir Şapişnikov tüstüsündən boğularaq ölmüşdür
10.12.2012
Dekabrın 10-da Xəzər rayonunun Pirallahı qəsəbəsi ərazisində, qəsəbə sakini Vladimir Şapişnikov evində odun sobasının tüstüsündən boğularaq ölmüşdür.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Lənkəran rayon sakini Rahid Hüseynov ölmüşdür
10.12.2012
Dekabrın 6-da saat 15.00 radələrində Lənkəran rayonunun Çil kəndi ərazisində, rayon sakini Rahid Hüseynov "VAZ-21074" markalı avtomaşını idarə edərkən, onu dirəyə vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü dekabrın 10-da orada ölmüşdür.
O.M.





























































































