Şabranda XX  əsrin əvvəllərində inşa edilmiş ikimərtəbəli on iki mənzilli yaşayış binası uça bilər

Şabranda XX əsrin əvvəllərində inşa edilmiş ikimərtəbəli on iki mənzilli yaşayış binası uça bilər

4 Dekabr 2012 09:03
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyi (FHN) mətbuat xidmətindən verilən məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şabran rayonu, Ağalıq kəndində XX əsrin əvvəllərində inşa edilmiş ikimərtəbəli on iki mənzilli yaşayış binasının bəzi konstruktiv elementlərində qismən uçqun olmuşdur. Dərhal aidiyyəti qurumlar məlumatlandırılmış, Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların mütəxəssisləri binaya ilkin baxış keçirmiş və binanın mövcud vəziyyəti mütəxəssislər tərəfindən tam müəyyən edilənə qədər sakinlər Fövqəladə Hallar Nazirliyinin və rayon icra hakimiyyətinin birgə səyi nəticəsində təxliyə olunmuş və təhlükəsiz əraziyə köçürülmüşdür. Binanın su, elektrik və qaz təchizatı dayandırılmış, mühafizəsi təşkil olunmuşdur. Əlavə məlumat veriləcəkdir.

O.M.