Goranboyda ölümlə nəticələnən yol qəzası baş verdi
Goranboyda ölümlə nəticələnən ağıq yol-nəqliyyat hadisəsi baş verib. Goranboy RPİ-dən verilən məlumata görə, dünən axşam saatlarında rayonunun Safıkürd kəndi ərazisində, Bakı şəhər sakini Cabir Hacıyevin idarə etdiyi "Suzuki Grand Vitara" markalı avtomobil Goranboy şəhər sakini Şəmsi Həsənovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla toqquşmuşdur. Nəticədə "VAZ-2107"-nin sürücüsü hadisə yerində ölmüşdür. Faktla bağlı araşdırma aparılır. O.M.
Digər xəbərlər