Azərbaycanda 14 Avqustun kriminal xronikası

Azərbaycanda 14 Avqustun kriminal xronikası

15 Avqust 2012 13:18
Bəyəndim (0) Bəyənmədim (0)
Gün ərzində 49 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 49 cinayət faktı qeydə alınmış, onların da 19-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.

Qax rayon sakini Anzor Kilaşvili marixuana satarkən tutulmuşdur

14.08.2012

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Qax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qarameşə kənd sakini Anzor Kilaşvili 5 kiloqram 515 qram marixuananı satarkən tutulmuşdur.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

14.08.2012

Avqustun 14-də saat 21.30 radələrində Yasamal rayonu ərazisində, Bakı şəhər sakini Toğrul Qəniyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən 45-50 yaşlı kişini vurmuşdur. Nəticədə həmin kişi hadisə yerində ölmüşdür.

Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

14.08.2012

Avqustun 14-də saat 05.30 radələrində Gəncə şəhəri ərazisində, şəhər sakini Vüqar Kərimovun idarə etdiyi "Mercedes" və Göygöl rayon sakini Ələmdar Alırzayevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Ə.Alırzayevin sərnişini hadisə yerində ölmüşdür.

Qusar rayonu Zuxul kəndi ərazisində yol-nəqliyyat hadisəsi

14.08.2012

Avqustun 14-də saat 08.00 radələrində Qusar rayonunun Zuxul kəndi ərazisində, rayon sakini Abil Asanbəkov "UAZ-469" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

Mobil telefon oğurlamış Cəlilabad rayon sakini T.Şıxəliyev tutulmuşdur

14.08.2012

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyul ayının 5-də Bakı-Ağstafa sərnişin qatarında, Lənkəran şəhər sakini Şəhriyar Həsənzadəyə məxsus mobil telefonu oğurlamış Cəlilabad rayon sakini Tural Şıxəliyev saxlanılmışdır.

Mobil telefon oğurlamış Bakı şəhər sakini Şahlar Qasımov tutulmuşdur

14.08.2012

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də Mərdəkan qəsəbəsindəki dəniz çimərliyində, Bakı şəhər sakini Züleyxa Hacıyevaya məxsus mobil telefon oğurlanmış Bakı şəhər sakini Şahlar Qasımov tutulmuşdur.

Tovuz rayonu ərazisində yabanı halda bitmiş çətənə kolu yığılaraq məhv edilmişdir

14.08.2012

Tovuz RPŞ əməkdaşları tərəfindən rayon ərazisində yabanı halda bitmiş ümummi çəkisi 1 ton 520 kiloqram olan 1310 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.

Gəncə şəhər sakini M.Əliyeva suda boğulmuşdur

14.08.2012

Avqustun 14-də Gəncə şəhərində yaşayan Maya Əliyeva həyətdəki hovuza yıxılmış və suda boğulmuşdur.

O.M.