Lənkəranda 43 yaşlı qadının meyiti dənizdən çıxarılıb

Lənkəranda 43 yaşlı qadının meyiti dənizdən çıxarılıb

30 İyul 2012 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 29 iyul 2012-ci il tarixində Lənkəran şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 3 km məsafədə, nəzarət olunmayan ərazidə) 1969-cu il təvəllüdlü Aygün Hüseynağa qızı Qədirova batmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışlar. A. Qədirovanın cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

O.M.