Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verdi

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verdi

20 İyul 2012 11:29
588
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Qazax yolunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, hadisə bu gün səhər saat 08:30 radələrində yolun 239-cu kilometrliyində Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkət edən "04-BD-102" dövlət nömrə nişanlı "VAZ -21011" markalı minik maşını ilə əks istiqamətdə hərəkət edən "10-MJ-817" dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik maşını toqquşub. Nəticədə hər iki maşın yararsız hala düşüb. Hadisə zamanı Ucar rayon sakinləri Nağıyev Sabit Paşa oğlu (1973), Kərimov Yasin Məhəmməd oğlu (1953), Mikayılov Məmməd Məhəmməd oğlu (1951), Kərimov Sabit Yasin oğlu (1958), Məmmədov Bayram Əşrəf oğlu (1977), Mingəçevir şəhər sakinləri Xasməmmədov Vüqar Mürsəl oğlu (1977) və Abdullayev Sirac Qələmşah oğlu (1982) bədən xəsarətləri ilə Ucar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

O.M.