SAKİNLƏRƏ BAYRAM SEVİNCİ

SAKİNLƏRƏ BAYRAM SEVİNCİ

29 Dekabr 2023 15:26
Bəyəndim (3) Bəyənmədim (0)

EKSKLUZİV

Bilgəh qəsəbə Mədəniyyət Evində Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü xüsusi coşğu ilə qeyd olundu. Mədəniyyət Evinin həyətinə toplaşan qəsəbə sakinləri vətənpərvər müğənnimiz Vəsilə Quliyevanın ifalarının sədaları altında doyunca rəqs etdilər. Mədəniyyət Evinin direktoru Kitabulla Qasımov sakinləri təbrik etdikdən sonra işçi həmkarı, metodist Vəsilə xanımın da doğum günü olduğunu vurğulayaraq sənətkarın keçdiyi şərəfli sənət yoluna işıq tutub ictimai fəaliyyətindən danışdı və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin Fəxri Fərmanını ona təqdim etdi.

Fəxri mədəniyyət işçisi, I-ci Qarabağ müharibəsi veteranı İntiqam Abbasovun rəhbərlik etdiyi “Vətən” ansamblının ifasında şən rəqslər qəsəbəyə yayıldı. Sakinlər açıq havada təşkil olunan bayram konsertindən məmnunluqlarını bildirdilər. Sakinlər hər zaman Bilgəh qəsəbə sakinləri ilə sıx təmasda olan Vəsilə xanıma uğurlar arzulayaraq doğum günü və Yeni il münasibətilə təbriklərini çatdırdılar.

Biz də Vəsilə xanım Quliyevanı doğum günü və Yeni il münasibətilə təbrik edir, ona sənət yaradıcılığında daim uğurlar arzulayırıq.

Alim Nəbioğlu,

İsa Rəvan.