Keçmiş qırğız deputat həbs olundu

Keçmiş qırğız deputat həbs olundu

25 Mart 2017 13:14
Bəyəndim (0) Bəyənmədim (0)

Bir sıra cinayətlər törətməkdə şübhəli bilinən Qırğızıstan parlamentinin keçmiş deputatı Sadır Japarov Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat verib. Qeyd olunub ki, ona qarşı "Xuliqanlıq" və "Hakimiyyət nümayəndəsinə qarşı zorakılığın tətbiqi", "Girov götürmə", "Öldürməyə cəhd" maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, Jarapov xaricdə yaşayırmış və 25 mart tarixində ölkəyə daxil olan kimi saxlanılıb. (azvision)

Mediainfo.az