Gənc yazar özünü binadan atıb

Gənc yazar özünü binadan atıb

16 Mart 2017 10:20
Bəyəndim (0) Bəyənmədim (0)
Mövlud Mövlud kimi tanınan yazarın intiharının səbəbi araşdırılır

Bakıda intihar hadisəsi baş verib. Hadisə 7-ci mikrorayonda, Axundov küçəsində qeydə alınıb.

Binəqədi rayonunda yaşayan 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M. Abdullayev hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qohumlarının apa-ya verdiyi məlumata görə, intihar edən M. Abdullayev gənc yazardır.

O, ədəbi aləmdə Mövlud Mövlud imzası ilə tanınıb.

M. Abdullayev iş yerinin yaxınlığındakı yarımçıq tikilinin 17-ci mərtəbəsindən özünü atıb. İntiharın səbəbi hələlik məlum deyil.

Mediainfo.az