10 saylı məktəbdə intihar hadisəsi qeydə alınıb

10 saylı məktəbdə intihar hadisəsi qeydə alınıb

15 Mart 2017 09:59
Bəyəndim (0) Bəyənmədim (0)

Nizami rayon Prokurorluğundan verilən məlumata görə, İ.Məmmədov küçəsi 15 ünvanında yerləşən 10 saylı orta məktəbin həyətində intihar hadisəsi baş verib. Belə ki, məktəbin həyətindəki ağacdan 1979-cu il təvəllüdlü Məmmədov Səməd Ağasəf oğlunun asılmış meyiti tapılıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Aqil M.